• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Xəbərlər

21.08.2018/ ŞƏKİDƏ TAXIL TOXUMLARI XƏSTƏLİKLƏRƏ QARŞI DƏRMANLANIR

Hazırda Şəki ərazisində payızda səpiləcək taxıl toxumlarının təmizlənməsi, kondinsiyaya çatdırılması, xəstəlik və zərərvericilərə qarşı dərmanlanması prosesi həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Şəki rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən bu günə qədər 1650 ton toxum dərmanlanıb və hazırda dərmanlama prosesi davam etdirilir. Toxumların dərmanlanmasında sürmə xəstəliklərinin qarşısını alan rubin (1,5 kq/ton) fungisidi ilə yanaşı, kök çürüməsi xəstəliklərinin qarşısını alan tebuji (0,5 l/ton), divident (1,0 l/ton),  selest top (1,0 l/ton) fungisidlərindən geniş istifadə olunur. Bu preparatlar toxumları həmin xəstəliklərdən qorumaqla yanaşı, taxılda pas xəstəliyinin də azalmasında böyük rol oynayır.

Toxumların səpinqabağı geniş spektrli fungisidlərlə dərmanlanması nəticəsində toxumlar torpaq infeksiyalarından qorunmaqla yanaşı bitkilərin stresə qarşı dözümlülüyü, kök sisteminin qışa davamlılığı yüksəlir və kök sisteminin kütləsi artır. Təsiredici maddələri fludioksonil, difenokonazol və tebukonazol olan fungisidlər toxumları qar kifi, fuzarioz və helmintosporioz kök çürümələri, toxumların kiflənməsi, bərk sürmə, qara rüşeym, septorioz və s. xəstəliklərdən mühafizə edir.

Yuxarıda qeyd edilən fludioksonil özunün kimyəvi sinifində olan vahid fungisiddir. Bu onun digər təsiredici maddələrdən unikal təsir mexanizminə malik olması (proteinkinozların inqibirləşdirilməsi) və rezistentliyin meydana gəlməsi ehtimalının minimum olması ilə izah olunur. Mühafizə təsirinin uzun müddətli olması ilə (6 aya qədər) fərqlənir. Fuzaium spp. vəmicrodoehium spp. cinslərinə mənsub olan patogenlərə qarşı olduqca yüksək səmərəliliyə malik olduğundan kök çürüməsi xəstəliklərini törədən fuzarium etiologiyalı qar kif xəstəlik törədicilərinin epifitotiyası şəraitində etibarlı nəzarətini təmin edir.

Məlumat üçün bildiririk ki, respublikanın ən böyük taxılçılıq rayonlarından biri olan Şəkidə bu il 215 min tondan artıq taxıl istehsal edilib.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45