• 17.04.2019 / Sabirabad rayonunda Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı toplantı keçirilib
  • 16.04.2019 / Taxılçılıq rayonlarında zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri davam edir
  • 09.04.2019 / LƏNKƏRANDA ÇILPAQ İLBİZLƏRƏ QARŞI MÜBARİZƏ BAŞLAYIB
  • 09/04.2019 / Şəki rayonunda alaq otlarına və taxıl böcəyinin süfrələrinə qarşı davamlı mübarizə aparılır
  • 18.03.2019 / RESPUBLİKA ƏRAZİSİNDƏ SİÇANABƏNZƏR GƏMİRİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.02.2019 / Qax rayonunda xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir

21 Aprel 2019
Dont risk

Xəbərlər

31.08.2018/ Şəki rayonunun tütün əkinlərində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayonun 870 ha tütün sahələrində pambıq sovkasına qarşı fitosanitar müşahidələr aparılmış, 680 hektarda pambıq sovkası, tütün mənənəsi və tütün tripsi ilə sirayətlənmə aşkar edilmişdir. 415 hektarda pambıq sovkasının tırtıllarının sayı İZH-dan (100 bitkidə 10-12 ədəd tırtıl) çox olduğuna görə məhsul itkisinin qarşısını almaq məqsədilə ümumilikdə 415 hektar sahədə fermerlər tərəfindən kimyəvi mübarizə tədbirləri aparılmışdır. Kimyəvi mübarizədə aktara (0,3 kq/ha), garant (1,5 l/ha), kortac (0,5 l/ha) və aseti super (0,2 kq/ha) insektisidlərindən istifadə edilmişdir.

Qeyd edək ki, pambıq sovkası (Helicoverpa armigera) Azərbaycanın tütünçülüklə məşğul olan bütün zonalarında, xüsusilə Balakən, Zaqatala, Qax, Şəki rayonlarında tütün yarpaqlarını və toxum qozalarını zədələyir. Bu zərərvericinin pupları torpağın 5-8 sm dərinliyində qışlayır. Hər yetkin kəpənək yaşadığı müddət ərzində 500-1000 ədəd yumurta qoyur. Həmin yumurtlardan 3-9 gündən sonra çıxan tırtıllar polifaq olmaqla tütün, pambıq, qarğıdalı və s. bitkilərlə qidalanır. Tütün bitkisinə pambıq sovkasının 2-ci nəslinin tırtılları daha çox ziyan vurur. Zərərverici məhsuldarlığı 3-7%-ə qədər aşağı salır.

Şəki rayon BMM-nin mütəxəssislərinin apardığı çoxillik tədqiqatlar göstərir ki, torpaq istifadəçiləri tərəfindən aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməməsi, növbəli əkinin aparılmaması və son illərin qlobal istiləşməsi nəticəsində bir çox zərərvericilərin aqressivliyi artmışdır. Əvvəllər iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlər (taxıl milçəkləri, taxıl mənənələri, taxıl mişarçıları, fitonomus və s.) xeyli çoxalmışdır. Odur ki, aqrotexniki tədbirlərin, xüsusilə növbəli əkinin, qara heriyin əhəmiyyəti fermerlərlə hər görüşdə ərtaflı izah olunur. Kimyəvi mübarizə zərurəti yarandıqda isə pestisidlərin tətbiqi reqlamentinə və zəhərli maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə edilir.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45