• 22.05.2019 / Ceyrançöl və Küdrü ərazilərində çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 21.05.2019 / Şəkidə fermerlərə dənli-paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsi qaydaları izah olunub
  • 21.05.2019 / Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları geniş yayılıb
  • 07.05.2019 / Küdrü düzündə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri aparılır
  • 25.04.2019 / AZƏRBAYCANDA İLK DƏFƏ İSTİXANA ŞƏRAİTİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI BİOLOJİ MÜBARİZƏ ÜSULU TƏTBİQ OLUNUB
  • 24.04.2019 / Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib

22 May 2019
Dont risk

Xəbərlər

03.10.2018 / Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Tovuz rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən rayon ərazisində zərərvericilərə qarşı 317 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 92 hektar sahənin Tut qalxanlı yastıcası,18 hektar sahənin isə Yaponiya yalançı qalxanlı mumlu yastıcası ilə sirayətləndiyi müəyyən edilib.

Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən Tut qalxanlı yastıcasına qarşı 3 hektar sahədə, Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı isə 6 hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə tədbirlərində Siperpol (1,0-1l/ha), Desis (0.5-1l/ha) və Bi-58 (1-2.5l/ha) kimyəvi prepararlarından istifadə edilib.

Tut qalxanlı yastıcasına qarşı kimyəvi və aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə edilir. Aqrotexniki  mübarizə zamanı zərərverici aşkar edilmiş ağacların qabıqlarını payızda və yazın əvvəllərində dəmir fırça ilə təmizləmək lazımdır. Kütləvi halda sirayətlənmiş budaqları kəsmək və bir yerə yığaraq yandırmaq, eləcə də ağacların dibinə fosfor və kalium gübrələri vermək tövsiyə olunur.       

Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tunglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməlidir. Zərərverici ilə sirayətlənmiş bağlarda sentyabr-oktyabr aylarında  yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları sahədən kənarda toplanaraq yandırılmalıdır.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45