• 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir
  • 13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 13.11.2018 / Lənkəran rayonunun sitrus bağlarında çılpaq ilbizlərə qarşı mübarizə başlayıb
  • 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

19 Noyabr 2018
Dont risk

Xəbərlər

02.11.2018 / Dövlət Fitosanitar Xidmətində peşə bayramı ilə bağlı müşavirə keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dölət Xidmətinin iki əməkdaşı fəxri mükafatlarla təltif olunub

1 Noyabr Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətində müşavirə keçirilib.

Müşavirədə  çıxış edən Dövlət Xidmətinin rəisi Ələddin Eyvazov, əvvəlcə peşə bayramı münasibəti ilə Xidmətin kollektivini, eləcə də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təltif olunmuş sektor müdiri Bəhmən Hüseynovu, “Tərəqqi” medalı ilə təltif olunmuş  Quba Regional Aqrokimya Laboratoriyasınnı müdiri Faiq Şeydayevi təbrik edib. 

Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən islahatlardan danışan Ələddin Eyvazov, aqrar sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb: “Regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları nəticəsində aqrar sahəyə diqqət artırılıb, ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi dönüş yaranıb və idxaldan asılılıq azalıb”.

Dövlət Fitosanitar Xidməti tərəfindən Respublika ərazisində bütki mühafizəsi sahəsində görülən işlər barədə məlumat verən DFX rəisi  bildirib ki, bitkiçilik məhsullarının istehsalının artırılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün Dövlət Xidməti tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir: “Cari ildə Respublika ərazisində bitki mühafizəsi tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsi təmin edilib, biosenoz və aqrobiosenozların fitosanitar vəziyyətini xarakterizə edən obyektiv, dövrü və operativ məlumatlar toplanılıb, qiymətləndirilib və təhlil edilib. Həmçinin, bitki mühafizə sahəsində həyata keçirilən mübarizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə fitosanitar monitorinqlər həyata keçirilib.

Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin Respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə zərərsizləşdirmə tədbirləri təlimata uyğun həyata keçirilir. Fumiqasiya (zərərsizləşdirmə)  tədbirləri həyata keçirilməyən anbarlarda  və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır”.

Dövlət Xidmətinin rəisi Ələddin Eyvazov sonda Azərbaycan Prezidenti İlham Əliyevin 1 Noyabr Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə imzaladığı 30 oktyabr 2018-ci il tarixli sərəncamını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, dövlət başçısının “Kənd Təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında” sərəncamı əsasında təltif olunan Kənd Təsərrüfatı Nazirliyinin 42 əməkdaşı sırasında Dövlət Fitosanitar Xidmətinin iki işçisi də var. Belə ki, Dövlət Xidmətində şöbə müdiri vəzifəsində çalışan Hüseynov Bəhmən Afət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Quba Regional Aqrokimya Laboratoriyasınnı müdiri Şeydayev Faiq Mövlud oğlu isə “Tərəqqi” medalı ilə təltif olunublar.

Dövlət Fitosanitar Xidmətinin bir qrup əməkdaşı isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyası tərəfindən fəxri fərman və mükafatlara layiq görülüblər. Belə ki,  Həmidzadə Etibar, Şamilova Lalə, Məhərrəmov Kamran və Bayramov İlham fəxri fərmanlarla, Mustafayev Allahverdi və Ağayeva Xəyalə isə xüsusi mükafatlarla mükafatlandırılblar. 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45