• 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 06.12.2018| SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR
  • 06.12.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb
  • 21.11.2018 / Qırğızıstanın Bişkek şəhərində beynəlxalq seminar keçirilir
  • 20.11.2018 / Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb
  • 13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

15 Dekabr 2018
Dont risk

Xəbərlər

13.11.2018 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Kürdəmir rayonu ərazisində kənd təsərrüfatının xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı müsahidə və mübarizə tədbirləri aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər  gəmricilərin say miqdarının müəyyən edilməsi məqsədi ilə rayon ərazisində ümumilikdə 3200 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 1350  hektar sahədə zərəvericilərlə sirayətlənmə qeydə alınıb

Kürdəmir rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 500 hektar sahədə kimyəvi üsulla, 40 hektar sahədə isə suvarma üsulu ilə mübarizə aparılıb. 

Belə ki, rayonun Dəyirmanlı  kəndində  fermerlər  Hacıyev  Fərhad  Həsən  oğlu, Səmədov Mahır Tofıq oğlu, Həmidov Elşən Zülüm oğluna məxsus 350 hektar, Qarasu  kəndində yaşayan fermer  Qocayev Zaxar  Abdulla  oğluna  məxsus 150 hektar payızlıq əkin sahələrində aparılan müşahidələr zamanı sirayətlənmə İqdisadi Ziyanvurma Həddindən yüksək olduğu, yəni 1 hektar sahədə  işlək yuvaların sayı 240-260 ədəd olduğu müəyyən  edilib.

Ümumilikdə Kürdəmir rayonu üzrə 500 hektar payızlıq əkin sahəsində aparılan kimyəvi mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlanıb və hər yuva üçün 10 qram olmaqla istifadə olunub.

Lənkəran rayonunda da siçanabənzər gəmiricilərə qarşı müsahidə və mübarizə tədbirləri davam etdirilir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən bu günə qədər  Lənkəran rayonu ərazisində 1150 hektar sahədə fitosanitar müsahidə aparılıb və 400 hektar sahədə zərərverici ilə sirəyətlənmə aşkar olunub.

Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 250 hektar payızlıq taxıl əkini sahəsində kimyəvi mübarizə tədbirlərinə start verilib. Mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə olunub.

Hazırda Lənkəran rayon ərazisində mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, aldadıcı yemin hazırlanmasında və tətbiqində texniki təhlükəsizlik qaydalarına ciddi nəzarət edilir.

Məlumat üçün bildirək ki, “Brodifakum” preparatı qanın antikoaqulyantı olmaqla, siçanabənzər gəmiricinin kapilyar damarlarını zədələyir və 4 sutka ərzində ölümünə səbəb olur.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45