• 09.02.2019 / Qax rayonunda xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir
  • 26.01.2019 / 2018-ci ildə zərərverici və xəstəliklərə qarşı geniş kompleks mübarizə tədbirləri həyata keçirilib
  • 21.01.2019 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 12.01.2019 / Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
  • 20.12.2018 / Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 12.12.2018 / Şabran və Cəlilabad rayonlarında siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir

19 Fevral 2019
Dont risk

Xəbərlər

13.11.2018 / Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

Nümayəndə heyəti bioloji laboratoriyada istifadə ediləcək müasir avadanlıqların alınması məqsədi ilə bu ölkəyə səfər edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəis müavini Yaqub Cəfərov, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Dövlət Xidmətinin Abşeron Bioloji Laboratoriyasının müdiri Mehrəli Mehrəliyevdən ibarət nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədirlər.

Nümayəndə heyəti Dövlət Xidməti tərəfindən keçirilmiş tender zamanı razılaşması əldə edilmiş habrobrokan və trixoqrammanın yetişdirilməsində istifadə edilən yeni avadanlıqların alınmasını təmin etmək məqsədi ilə bu ölkəyə səfər edib.

Səfər çərçivəsində həmçinin Azərbaycanla Özbəkistan arasında adıçəkilən həşəratların yetişdirilməsi ilə əlaqədar təcrübə mübadiləsi aparılıb. Eyni zamanda bu həşəratların istehsal prosesinin Azərbaycan Respublikasının iqlim şəraitinə uyğunlaşdırılması, onların istehsalı prosesi zamanı ortaya çıxacaq problemlərin aradan qaldırılması və avadanlıqların müasir tələblərə uyğun olaraq hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Özbəkistanın “Meximaş” MMC-yə məxsus zavodun rəhbərliyi ilə görüşmüş və zavodda bioloji avadanlıqların istehsal prosesini izləyib, eyni zamanda zavodda istehsal olunan avadanlıqların tətbiq olunduğu bioloji laboratoriya ilə tanış olublar.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45