• 22.05.2019 / Ceyrançöl və Küdrü ərazilərində çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 21.05.2019 / Şəkidə fermerlərə dənli-paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsi qaydaları izah olunub
  • 21.05.2019 / Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları geniş yayılıb
  • 07.05.2019 / Küdrü düzündə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri aparılır
  • 25.04.2019 / AZƏRBAYCANDA İLK DƏFƏ İSTİXANA ŞƏRAİTİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI BİOLOJİ MÜBARİZƏ ÜSULU TƏTBİQ OLUNUB
  • 24.04.2019 / Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib

22 May 2019
Dont risk

Xəbərlər

20.12.2018 / Respublika ərazisində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik və təbii biçənəklərdə siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Dövlət Fitosanitar Xidmətinin Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən dekabr ayında 4800 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb və 4125 hektar payızlıq taxıl sahəsi, 48 hektarı çoxillik biçənək sahələri, 69 hektar təbii biçənək sahələri, 8 hektarı meyvə bağları olmaqla, rayon üzrə 4250 hektar sahədə siçanabənzər gəmiricilərlə sirayətlənmə aşkar olunub. Gəmiricilərin işlək yuvalarının sayı İqtisadi Zərərvermə Həddindən çox aşkar edilmiş sahələr əsasən payızlıq taxıl sahələri  olub.      

Rayon üzrə 2857 hektar payızlıq taxıl sahəsi də olmaqla, dövlət büdcəsi hesabına “brodifak” preparatı vasitəsilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə əsasən rayonun  Cəlayır, Ağyazı, Almalı, Qaşqaçay, Lələli, Şotavar və Əlibəyli kəndlərində həyata keçirilib. Cəlayır və Dəymədağlı kəndlərini əhatə edən 110 hektar sahədə təsərrüfat subyektləri hesabına kimyəvi mübarizə həyata keçirilib. Şotavar kəndini əhatə edən 16 hektar sahədə isə suvarma həyata keçirilməklə  aqrotexniki mübarizə aparılıb.

Rayon üzrə dekabr ayında 2983 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi və mexaniki mübarizə aparılıb.

Bildirək ki, noyabr və dekabr aylarında  payızlıq taxıl sahələrini əhatə edən 4903 hektar sahədə (noyabrda 2046 hektar, dekabrda isə 2857 hektar) dövlət büdcəsi hesabına verilmiş “brodifak” preparatı vasitəsilə aldadıcı yem şəklində, 110 ha sahədə  təsərrüfat subyektləri hesabına kimyəvi  və 16 hektar sahədə suvarma həyata keçirilməklə aqrotexniki mübarizə aparılıb.

Yevlax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən dekabr ayında rayonun Qaraməmmədli, Bəydili, Ərəbbəsrə və Ərəş kəndlərini əhatə edən 2100 hektar taxıl əkini sahəsində siçanabənzər gəmiricilərinin yayılmasını müəyyən etmək üçün fitosanitar müşahidə işləri aparılıb və 1800 hektar sahədə sirayətlənmə aşkar edilib.

Zərərvericilərə qarşı 1550 hektar sahədə dövlət büdcəsi hesabına alınmış "Brodifak” preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb.

Balakən rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən rayon ərazisində dekabr ayında  siçanabənzər gəmiricilərə qarşı 1400 hektar taxıl sahəsində və yeni əkilmiş fındıq  bağlarında müsahidə aparılıb və 800 hektar sahədə sirayətlənmə askar olunub.

Müsahidə tədbirləri Meşəşambul, Kortala, Talalar, İtitala, Azəryem MMC-nin əkin sahələri və digər sahələri əhatə edib.  620 hektar sahədə  dövlət büdcəsi hesabına alınmış "Brodifak" preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb. İqtisadi səmərəlilik 89 % təşkil edib. Ümumilikdə isə payız mövsümündə  2000 hektar ərazidə siçanabənzər gəmiricilərə qarsı mübarizə aparılıb.

Yardımlı   rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən siçanabənzər  gəmiricilərin  yayılma  arialını  müəyyən  etmək  məqsədi  ilə dekabr ayında Horavar, Vərgədüz, Yolocaq və Şiləvəngə kəndlərini əhatə edən 496 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb və 444 hektar sahədə  sirayətlənmə aşkar olunub.

Horavar və  Vərgədüz kəndlərini əhatə edən ümumilikdə 159 hektar sahədə dövlət büdcəsi hesabına alınmış "Brodifak" preparatından istifadə edilməklə kimyəvi mübarizə işləri aparılıb.

Qəbələ rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəsisləri tərəfindən dekabr ayında 3460 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb və 1940 hektar sahədə sirayətlənmə aşkar olunub. Dövlət büdcəsi vəsaiti hesabına “Brodifak” preparatı  vasitəsi ilə 670 hektar sahədə kimyəvi mübarizə işləri aparılıb. Kimyəvi mübarizə əsasən Qaş sahəsində Kürd kəndinin ərazisində fermer Eyyub Alıyevə, “Gilan Dairy Farms” MMC-yə, Bayramkoxa kəndində fermer İnqilab İsayevə və Soltannuxa kəndində fermer Şahin Mustafayevə məxsus taxıl sahələrində həyata keçirilib.

Qeyd edək ki, bölgələrdə fitosanitar müşahidə və mübarizə tədbirləri hazırda davam etdirilir və mübarizənin bioloji səmərəliliyi  88-92% təşkil edib.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45