• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

25 İyun 2019
Dont risk

Xəbərlər

21.01.2019 / Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir

03-16 yanvar 2019-cu il tarixlərində Qəbələ rayonu Bitki Mühafizəsi Mərkəzinin (BMM) mütəxəssisləri tərəfindən 2950 hektar əkin sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə işləri aparılıb.

Müşahidə işləri rayonun Bayramkoxa, Kürd, Yenikənd, Böyük Pirəlli, Aydınqışlaq, Zarağan, Böyük Əmilli kəndlərinin əkin sahələrini, Qəbələ şəhər əhalisinin pay torpaqlarını, “Gilan Dairy Farms” taxılçılıq toxumçuluq təsərrüfatını və fermer Şahin Mustafayevə məxsus toxumçuluq təsərrüfatına məxsus taxıl sahələrini əhatə edib.

Müşahidə aparılmış ərazilərin əsasən Qaş adlanan massivin taxıl sahələri də daxil olmaqla, 1735 hektar sahənin ziyanvericilərlə sirayətləndiyi müəyyən edilib. Təsərrüfat subyektləri hesabına 730 hektar sahədə “sink-fosfid” preparatı ilə kimyəvi dərmanlama işləri aparılıb.

Şabran  rayonu  ərazisində  siçanabənzər  gəmiricilərin  yayılma  arealını  müəyyənləşdirmək   məqsədi  ilə  3827 hektar  sahədə fitosanitar müşahidə aparılıb. Müşahidə zamanı taxıl sahələri, meyvə  və üzüm bağları, yonca və  təbii otlaqlar daxil olmaqla, ümumulikdə 1977 hektar  sahədə sirayətlənmə  müşahidə olunub. 35 hektar taxıl  sahəsində  İqtisadi Zərərvermə Həddindən yüksək olduğu üçün dövlət vəsaiti  hesabına “Brodifak-0,25%” preparatı  ilə mübarizə aparılıb. Hazırda mübarizə işləri davam etdirilir.   

Kürdəmir rayon Bitki Mühafizə Mərkəzi tərəfindən rayon ərazisində  siçanabənzər gəmiricilərə qarşı aparılan müşahidə və kimyəvi mübarizə tədbirləri hazırda davam etdirilir.

Belə ki, rayon BMM-nin  mütəxəssisləri tərəfindən  Şilyan və Qarasu kəndləri ərazisində yerləşən “SM AQRO” MMC-yə məxsus 2100 hektar   payızlıq taxıl sahəsində siçanabənzər gəmiricilərin yayılma arealını  müəyyən etmək məqsədi ilə fitosanitar müşahidə aparılıb. Müşahidə zamanı 1300 hektar sahədə sirayətlənmə qeydə alınıb. 1000 hektar sahədə sirayətlənmə İqtisadi Zərərvermə Həddindən yüksək olduğu üçün “Brodifak-0,25%” preparatından istifadə edilməklə kimyəvi mübarizə  aparılıb.

Kimyəvi  mübarizə zamanı sahibkarlar və işçilər “Brodifak-0,25%” preparatından istifadə edərkən texniki təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırılıb. Hazırda  kimyəvi  mübarizə  tədbirləri  davam  etdirilir.

BÖLGƏLƏRDƏ SİÇANABƏNZƏR  GƏMİRİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
BÖLGƏLƏRDƏ SİÇANABƏNZƏR  GƏMİRİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
BÖLGƏLƏRDƏ SİÇANABƏNZƏR  GƏMİRİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45