• 17.04.2019 / Sabirabad rayonunda Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı toplantı keçirilib
  • 16.04.2019 / Taxılçılıq rayonlarında zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri davam edir
  • 09.04.2019 / LƏNKƏRANDA ÇILPAQ İLBİZLƏRƏ QARŞI MÜBARİZƏ BAŞLAYIB
  • 09/04.2019 / Şəki rayonunda alaq otlarına və taxıl böcəyinin süfrələrinə qarşı davamlı mübarizə aparılır
  • 18.03.2019 / RESPUBLİKA ƏRAZİSİNDƏ SİÇANABƏNZƏR GƏMİRİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.02.2019 / Qax rayonunda xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir

21 Aprel 2019
Dont risk

Xəbərlər

26.01.2019 / 2018-ci ildə zərərverici və xəstəliklərə qarşı geniş kompleks mübarizə tədbirləri həyata keçirilib

2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirləri aparılıb.

Belə ki, ötən il Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən siçanabənzər gəmiricilərin aşkarlanması üçün 1.780.493 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb, 802.339 hektar ərazidə sirayətlənmə aşkar edilib. Zərərvericiyə qarşı təsərrüfat subyektlərinin hesabına 147.830 hektar, büdcə vəsaitləri hesabına 213.553,6 hektar sahədə kimyəvi mübarizə aparılıb.                           

Çəyirtkəkimilərlə sirayətlənmiş sahələri aşkar etmək məqsədi ilə 502.784 hektar ərazidə müşahidələr aparılıb, 200.439 hektar sahədə sirayətlənmə aşkar edilib, 1.436 hektar sahədə təsərrüfat subyektləri hesabına, 46.617 hektar sahədə isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına kimyəvi mübarizə aparılıb.               

2018-ci ildə amerika ağ kəpənəyinə qarşı 21.157 hektar  sahədə  fitosanitar yoxlama aparılıb, 2.845 hektar sahədə yoluxma qeydə alınıb və 583 hektarı təsərrüfat subyekti, 1.534 hektarı isə büdcə vəsaiti hesabına olmaqla 2.117 ha sahədə mübarizə tədbirləri aparılıb.

Dənli bitkilərin zərərvericiləri və xəstəliklərini aşkar etmək məqsədi ilə 476.150 hektar sahədə müşahidə işləri aparılıb, 127.156 hektar sirayətlənmə və yoluxma olduğu müəyyən edilib, 69.924 hektar ərazidə mübarizə işləri aparılıb ki, bunun da 5.892 hektarı büdcə vəsaiti hesabına olub.                                                

Yonca sahələrində müşahidə aparılmış 105.223 hektar sahənin 23.498 hektarında sirayətlənmə aşkar edilib, 14.764 ha sahədə mübarizə tədbirləri aparılıb.

Pambıq bitkisinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 420.829 hektar sahədə müşahidələr aparılıb, 286.557 hektar sahədə sirayətlənmə aşkar edilib, 247.214 hektar sahədə mübarizə tədbirləri aparılıb.        

Tütün bitkisinin zərərverıcı və xəstəliklərinə qarşı təsərrüfat subyekti hesabına 1.763 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.      

Kartof bitkisinin zərərverici və xəstəliklərini aşkarlamaq üçün 166.468 ha sahədə fitosanitar müşahidə aparılıb, 75.953 hektar sahədə sirayətlənmə aşkar edilib, 82.480 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.   

Bostan-tərəvəz bitkilərinin zərərverici və xəstliklərinin aşkarlanması üçün 134.580 hektar sahədə müşahidə aparılıb, 67.233,5 hektar sahədə sirayətlənmə müəyyən edilib, 57.581 hektar sahədə mübarizə tədbirləri aparılıb.           

Meyvə bitkilərinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 396.368,5 hektar sahədə fitosanitar yoxlama aparılıb, 181.312,1 hektar sahədə sirayətlənmə aşkar edilib, 140.721,99 hektar sahədə mübarizə işi görülüb. O cümlədən karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı 20.773,49 hektar sahədə mübarizə tədbirləri aparılıb.        

Üzüm bağlarını əhatə edən 101.210 ha sahədə müşahidə aparılıb, 54.557 hektar sahədə sirayətlənmə aşkar edilib, 87.416 hektar sahədə (bəzi sahələrdə 1,5-2 dəfə dərmanlama) mübarizə tədbirləri aparılıb.

Əkinlərin alaq otları ilə sirayətlənməsini müəyyənləşdirmək üçün 1.014548 hektar sahədə müşahidə işləri aparılıb, 567.459 hektar sahədə sirayətlənmə aşkar edilib,  437.044 hektar sahədə mübarizə işi aparılıb ki, bunun da 1439 hektarı dövlət büdcəsindən ayrılan vəsait hesabına, 435.605 hektarı isə təsərrüfat subyektlərinin hesabına (12.8931 hektarı mexaniki üsulla) həyata keçirilib.                    

Bildirək ki, 2018-ci ildə respublika üzrə ümumilikdə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün artan yekunla 5.125.835,5 hektar sahədə müşahidə işləri aparılıb, 2.391.515,25 hektar sahədə artan yekunla sirayətlənmə və yoluxma aşkar edilib, 1.550.764,59 hektar sahədə mübarizə işləri aparılıb. O cümlədən 273.508 hektar sahədə mexaniki və bioloji, 1.277.256,59 ha sahədə kimyəvi mübarizə təşkil edilib. Mübarizə tədbirlərinin 1.269.454,1 hektarı təsərrüfat subyektlərinin hesabına,  281.310,49 hektarı isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına görülüb. Ötən ildə təsərrüfat subyektlərinin hesabına 128.804 ton dənli bitkilərin toxumları, büdcə vəsaiti hesabına isə kartof güvəsinə qarşı 18.450 ton kartof yumrusu dərmanlanıb.

2018-Cİ İLDƏ ZƏRƏRVERİCİ VƏ XƏSTƏLİKLƏRİN AŞKARLANMASI ÜÇÜN GENİŞ KOMPLEKS MÜBARİZƏ TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİB
2018-Cİ İLDƏ ZƏRƏRVERİCİ VƏ XƏSTƏLİKLƏRİN AŞKARLANMASI ÜÇÜN GENİŞ KOMPLEKS MÜBARİZƏ TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİB
2018-Cİ İLDƏ ZƏRƏRVERİCİ VƏ XƏSTƏLİKLƏRİN AŞKARLANMASI ÜÇÜN GENİŞ KOMPLEKS MÜBARİZƏ TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİB
2018-Cİ İLDƏ ZƏRƏRVERİCİ VƏ XƏSTƏLİKLƏRİN AŞKARLANMASI ÜÇÜN GENİŞ KOMPLEKS MÜBARİZƏ TƏDBİRLƏRİ HƏYATA KEÇİRİLİB



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45