• 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir
  • 10.06.2019 / Mingəçevir və Yevlaxda zərərvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb
  • 04.06.2019 / Fumiqasiya həyata keçirilməyən anbarlarda məhsulun saxlanılması qadağandır - XƏBƏRDARLIQ
  • 30.05.2019 / Son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir - AÇIQLAMA

16 İyun 2019
Dont risk

Xəbərlər

09.02.2019 / Qax rayonunda xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri davam edir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Qax rayonunda xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri böyük səylə davam etdirilir.

Belə ki, Qax rayon Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları yanvar ayında 2019-cu ilin payızlıq taxıl sahələri, meyvə bağları, çoxillik otlaqlar və təbii otlaqlar daxil olmaqla, 4390 hektar sahədə siçanabənzər gəmiricilərin yayılmasını müəyyən etmək məqsədilə fitosanitar müşahidələr həyata keçiriblər. Müşahidə zamanı Cəlayır, Ağyazı, Qaxingiloy, Almalı, Qıpçaq, Qaşqaçay, Güllük, Tasmalı, Zəyəm Lələli, Şotavar, Əmircan və Əlibəyli kəndlərini əhatə edən 3430 hektar payızlıq taxıl sahəsi, 85 hektar çoxillik otlaq sahəsi, 105 hektar təbii otlaq sahələri, 65 hektarı meyvə bağları olmaqla, 3685 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən olunub. Payızlıq taxıl sahəsi daxil olmaqla, 1430 hektarda siçanabənzər gəmiricilərə qarşı dövlət büdcəsi hesabına Brodifakum preparatı vasitəsilə kimyəvi mübarizə həyata keçirilib. Mübarizənin bioloji səmərəliliyi  90% təşkil edib.

Bundan əlavə, rayonun Qaxingiloy, Calayır, Zəyəm kəndlərini əhatə edən 95 hektar yonca sahəsində fitosanitar müşahidələr aparılıb və 85 hektar sahədə siçanabənzər gəmiricilərlə sirayətlənmə müəyyən olunub. Gəmiricilərin işlək yuvalarının sıxlığı İqtisadi Zərərvermə həddindən (İZH) yuxarı olduğu üçün hazırda mübarizə tədbirləri davam etdirilir.       

Yanvar ayı ərzində Qax rayonu üzrə ümumilikdə 1360 hektar payızlıq taxıl sahəsində taxıl böcəyinin sürfələrinin vurduğu ziyanı müəyyən etmək məqsədilə fitosanitar müşahidələr aparılıb və Ağyazı kənd sakini Bədrəddin Muradova məxsus 265 hektarlıq taxıl sahəsinin və Ağyazı kənd sakini Bünyamin Yusifova məxsus 300 hektarlıq taxıl sahəsinin olduğu “Üzümlü” çölündə, Cəlayır kənd sakini Əhməd Mustafayevə məxsus “Qarabulaq”, “Mədəni otlaq” adlanan sahələri əhatə edən 80 hektar sahədə, İlisu kənd İƏD-nin “Qaradolaq” adlanan ərazisində Araz Vahabova məxsus 30 hektar taxıl sahəsində taxıl böcəyinin sürfələri aşkar olunub. Təsərrüfat subyektləri hesabına 580 hektar sahədə fastoks (0.3 l/ ha, kinplan (0.15kq/ha), desis (0.2-0.3 l/ ha),  kinqor (1-1.5 l/ ha, kung fu (0.2 l/ha) insektisidləri vasitəsilə kimyəvi mübarizə aparılıb. Aparılmış mübarizənin bioloji səmərəliliyi  82% təşkil edib.  

Cari ay ərzində Qax Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Turaclı, Qıpçaq, Marsan, Calayır, Almalı, Qaxingiloy, Güllük kəndlərində mövcud meyvə bağlarında 3387 hektar sahədə fitosanitar müşahidı işləri aparılıb və Turaclı, Qıpçaq, Marsan, Qaxingiloy kəndlərini əhatə edən 3020 hektar sahədə xəstəlik və zərərvericilərin qışlama mərhələləri müəyyən olunub. Yerli mütəxəssislər tərəfindən 2845 hektar qərzəkli meyvə bağlarında qurumuş, xəstəlik və zərərvericilərlə sirayətlənmiş budaqların budanması, xəzəl və bitki qalıqlarının yandırılması, budama, gövdə ətrafı belləmə, cavan bağlarda cərgəarası şum, mineral və üzvi gübrələrin verilməsi, qış suvarması kimi aqrotexniki və mexaniki tədbirlər aparılmaqla qış mübarizəsi həyata keçirilib. Meyvə bağlarında  aqrotexniki  tədbirlər  davam etdirilir.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45