• 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir
  • 10.06.2019 / Mingəçevir və Yevlaxda zərərvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb
  • 04.06.2019 / Fumiqasiya həyata keçirilməyən anbarlarda məhsulun saxlanılması qadağandır - XƏBƏRDARLIQ
  • 30.05.2019 / Son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir - AÇIQLAMA

16 İyun 2019
Dont risk

Xəbərlər

09/04.2019 / Şəki rayonunda alaq otlarına və taxıl böcəyinin süfrələrinə qarşı davamlı mübarizə aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən Respublika ərazisində müxtəlif xəstəliklərə və zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Şəki rayonunun Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayon ərazisindəki payızlıq taxıl sahələrində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr aparılır, alaq otlarına və taxıl böcəklərinin sürfələrinə qarşı fermerlər tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu günə qədər 42650 hektar sahədə alaq otlarına qarşı fitosanitar müşahidələr aparılıb, 40100 hektar sahədə sirayətlənmə aşkar edilib və 32600 hektar taxıl sahəsində sirayətlənmə İqtisadi Zərərvurma Həddində (15-20 əd/m2) olduğu üçün kimyəvi mübarizə aparılıb. Fermerlər tərəfindən həyata keçirilən kimyəvi mübarizə tədbirləri zamanı ikiləpəli alaqlara qarşı veeb-super (0.02 kq/ha), wed-killer (1.6-2 l/ha), 2.4 D amin (1.5-2 l/ha), kalamitu (0.015 l/ha), birləpəli alaq otlarına qarşı isə topçup (0.3 l/ha), cowboy (0,2 l/ha), axial (1.0 l/ha) və koropik (0.2 l/ha) herbisidlərindən istifadə edilib.  

Taxıl böcəyi sürfələrinə qarşı 580 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 520 hektar sahədə sirayətlənmə aşkar edilib. 460 hektar sahədə zərərverici ilə sirayətlənmə İqtisadi Zərərvurma Həddində (3-4 əd/m2) olduğu üçün fermerlər tərəfindən maestro (0.3 l/ha); valsamba (0.25 l/ha); shaolin (0.02 l/ha), siperkor (0.4 l/ha) desis (0.3 l/ha), korumakor (1.5 l/ha) insektisidlərindən istifadə olunmaqla, kimyəvi mübarizə aparılıb. 

Aparılan fitosanitar müşahidələr göstərir ki, fermerlər tərəfindən görülən kimyəvi mübarizə tədbirlərinin bioloji səmərəliliyi yüksəkdir. Mübarizə tədbirlərinin aparılmasında texniki təhlükəsizlik qaydalarına və tədbiq edilən pestisidlərin reqlamentinə ciddi əməl olunur.

Mart ayının üçüncü ongünlüyündə hava şəraitinin yağmurlu keçməsi taxılın xeyli inkişaf etməsinə əlverişli şərait yaradıb. Bu səbəbdən də hazırda taxılın böyümə və inkişafı normaldır. Bir  çox sahələrdə yağışdan sonra pirenoforoz (sarı ləkə) xəstəliyi inkişaf edib və bununla bağlı fermerlərə lazımi tövsiyyələr verilib. Taxıl sahələrində son günlərə qədər pas xəstəlikləri müşahidə edilməyib. Lakin, havanın yağmurlu və aşağı temperaturda keçməsi davam edərsə, yaxın günlərdə pas xəstəliklərinin inkişafı proqnozlaşdırılır. Odur ki, Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri və fermerlər  tərəfindən pas xəstəliklərinə qarşı davamlı müşahidələr aparılır.

Qeyd edək ki, 2018-ci ildə Şəki-Zaqatala bölgəsində sarı pas xəstəliyi geniş yayılaraq epifitotiya xarakteri alıb və Şəki rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən rayon üzrə 6540 ha-da kimyəvi mübarizə aparılıb.

ŞƏKİ RAYONUNDA ALAQ OTLARINA VƏ TAXIL BÖCƏYİNİN SÜFRƏLƏRİNƏ QARŞI DAVAMLI MÜBARİZƏ APARILIR



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45