• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

18 Avqust 2019
Dont risk

Xəbərlər

21.05.2019 / Şəkidə fermerlərə dənli-paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsi qaydaları izah olunub

Cari ilin may ayının 20-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin təşkilatçılığı ilə Şəki rayonunda “Dənli və dənli-paxlalı bitkilərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda tarla şəraitində elmi-praktiki təlim keçirilib.

Fermerlər, mütəxəssislər və aqrar inkişaf könüllülərinin iştirakı ilə baş tutan təlimdə Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Rais Nürəddinov dənli və dənli paxlalı bitkilərdə kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda geniş məruzə ilə çıxış edib.

Təlimçi çıxışında toxumların dərmanlanması, eləcə də zərərvericilərə və xəstəliklərə qarşı mütəmadi müşahidələr aparmaqla lazımi tədbirlərin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlim zamanı aqrotexniki  tədbirlərin kompleks şəkildə yerinə yetirilmiş sahələrdən birinə baxış keçirilib və zəif qulluq olunan sahə ilə müqayisə edilib.

“Dənli və dənli paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsində texniki təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edən Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev, pestisidlərlə işləyərkən işçi məhlulun hazırlanmasında xüsusi geyim vasitələrindən istifadə olunması, çiləyici aqreqatların nizamlanması  qaydasını iştirakçılara ətraflı izah edib və bu tədbirlərin həyata keçirilməsində bitki mühafizə mütəxəssisləri ilə məsləhətləşmələrin vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Son illər Şəki rayonu ərazisində dənli və dənli-paxlalı bitkilərdə zərərli orqanizmlərə qarşı aparılan bitki mühafizə tədbirləri barədə məlumat verən T.Mehdiyev, qlobal istiləşmə ilə bağlı zərərli orqanizmlərin aqressivliyinin və virulentliyinin xeyli artdığını fermerlərin  diqqətinə çatdırıb.

Patogen orqanizmlərin yeni-yeni rass və ştamplarının əmələ gəldiyini söyləyən təlimçi, əvvəl iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlərin zərərli fəaliyyətinin xeyli çoxaldığını vurğulayıb: “Bütün bunlar isə mübarizə tədbirlərində inteqrir mübarizə sisteminə keçməyi tələb edir. Məhz bu gün keçirilən təlim də inteqrir mübarizə sisteminin ən vacib  hissəsi olmaqla zərərli orqanizmlərin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edir”.

Təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, təlim iştirakçılarına “Pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimat”  vərəqələri paylanılıb.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45