• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

18 Avqust 2019
Dont risk

Xəbərlər

30.05.2019 / Son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir - AÇIQLAMA

Bu həşəratlar kənd təsərrüfatında bioloji mübarizə vasitələrindən hesab olunur

Son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bu barədə açıqlama yayaraq bildirir ki, Şeytanqaqalı kəpənəyi adlandırılan və elmi adı Vanessa cardui olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün  təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib.

Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45