• 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir
  • 10.06.2019 / Mingəçevir və Yevlaxda zərərvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb
  • 04.06.2019 / Fumiqasiya həyata keçirilməyən anbarlarda məhsulun saxlanılması qadağandır - XƏBƏRDARLIQ
  • 30.05.2019 / Son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir - AÇIQLAMA

16 İyun 2019
Dont risk

Xəbərlər

11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

Pambıqçılıqda yüksək və keyfiyyəti məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.

Respublikamızda pambığın əsas zərəvericilərindən  pambıq sovkası, tor gənəsi, payızlıq sovka, mənənə, trips, karadrina, əməköməci güvəsi və s. vardır. Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambığı təhlükəli zərərvericilərdən qorumağa imkan verir.

Cari ilin ilk ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən Respublika ərazisində 28714  hektar sahədə alaq otlarına qarşı kimyəvi mübarizə işləri aparılıb. O cümlədən Ağcabədi rayonunda 4996 hektar, Beyləqan rayonunda 6605 hektar, Bərdə rayonunda 3000 hektar, Saatlı rayonunda 1490 hektarda mübarizə tədbirləri həyata keçirilib.

Pambıq sahələrində, həmçinin mənənə və tripsə qarşı da mübarizə işlərinə start verilib və cari ilin ilk ayında sorucu həşaratlara qarşı 53182 hektar sahədə, o cümlədən, Saatlı rayonunda 5922 hektar, Bərdə rayonunda 6000 hektar, Neftçala rayonunda 2100 hektar, Salyan rayonunda 1642 hektar, Beyləqan rayonunda 5235 hektar, İmişli rayonunda 4148 hektar, Ağcabədi rayonunda 5351 hektar təsərrüfat sahələrində kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Bu il respublikanın bir çox pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə üsulu kimi trixoqramma və habrobrakondan geniş ərazilərdə istifadə olunması nəzərdə tutulub. Zərərvericinin fenalogiyasını izləmək məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji laboratoriyası tərəfindən ölkəyə 3000 ədəd feremon tutucu gətirilib. Gətirilən feremon tutucuların 1430 ədədi 21 pambıqçılıq rayonuna zərərvericilərin I nəslinə qarşı 89706 hektar pambıq sahəsi üzrə paylanılıb. Əvvəlki illərlə müqayisədə cari ildə fermerlərin maraqları nəzərə alınaraq bioloyi mübarizə metodlarına daha cox üstünlük verilib.

Bol məhsul əldə edilməsi üçün pambığın zərərvericilərinə qarşı müşahidə və mübarizə işləri davam etdirilir.

Qeyd edək ki, pambıq sahələrində zərərvericilərin çoxalmasının qarşısını almaq üçün aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərindən kompleks formada istifadə edilməlidir. Zərərvericilərin normal qidalanmasını və onların çoxalmasını təmin edən yabanı bitkilər pambıq sahəsi və kənarlarından vaxtında təmizlənməli, əkinlərə yüksək səviyyədə qulluq edilməli, kultivasiya, suvarma, alaqdan təmizləmə, üzvi və mineral gübrələrdən düzgün istifadə, uc vurma əməliyyatının aparılması yüksək məhsul əldə edilməsinə zəmin yaradır.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45