• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

21 İyul 2019
Dont risk

Xəbərlər

14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib

Tovuz rayonunda BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatının (FAO) “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” (GCP/SEC/004/TUR) çərçivəsində təlim keçirilib.

Təlimdə “Çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, o cümlədən Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDS)” ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, həmçinin çəyirtkəkimilərin bioloji və ekoloji xüsusiyyətləri, eləcə də sürü əmələ gətirən çəyirtkələrin identifikasıyası barəsində iştirakçılara məlumat veriblər. Təlim zamanı çəyirtkəkimilərin 20-yə yaxın növünün sürü əmələ gətirdiyi, bunlardan Mərakeş (Dociostaurus maroccanus), İtaliya (Сalliptamus italicus) və Asiya (Locusta miqratoria) çəyirtkələrinin Azərbaycanda geniş rast gəlinən növlər olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində AXA-nın mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilərin müşahidəsi zamanı ASDS  sistemindən istifadə” mövzusunda məruzə dinlənilib, eyni zamanda “Planşetlə formaların doldurulması” və “Doldurulmuş formaların yoxlanılması, redaktə edilməsi” mövzularında iştirakçılara praktiki məşğələlər keçirilib.

“Çəyirtkələrlə mübarizədə müasir strategiya və texnologiyalardan istifadə olunması” mövzusunda çıxış edən AXA-nın məsul əməkdaşı Yaqub Cəfərov çəyirtkəkimilərə qarşı aparılan mübarizə çərçivəsində dərmanlanmanın həyata keçirilməsi qaydası və pestisid riskinin azaldılması, çəyirtkələrlə mübarizədə preventiv strategiyanın həyata keçirilməsi, eləcə də çəyirtkələr əleyhinə mübarizə zamanı UMO və ya tamhəcmli çiləmənin aparılması və pestisidlərin tətbiqi texnologiyası barəsində təlim iştirtakçılarına məlumat verib. Həmçinin, tədbir çərçivəsində çiləyicilərin kalibrlənməsi, hazırlanması və çiləmənin aparılması haqqında iştrakçılara praktiki məşğələlər keçirilib.

Təlimdə, həmçinin “Çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara  və ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusuna da toxunulub və çəyirtkələrlə mübarizə kampaniyası dövründə yaranan risklər, eləcə də risklərin müəyyən edilməsi və ən çox riskə məruz qalan canlılar barədə məlumat verilib.

İki gün davam edən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45