• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

25 May 2018
Dont risk

Rəis

Camal Alqulu oğlu Quliyev

15.05.1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Bitki Mühafizəsi fakültəsinə daxil olmuş və 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-illərdə Sankt-Peterburqda yerləşən Ümumittifaq Bitki Mühafizəsi İnstitutunun aspiranturasında təhsil almış və müdafiə edərək biologiya elmlər namizədi alimlik dərəcəsi almışdır (İxtisas: Bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi).
1990-1991-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Bitki Mühafizəsi şöbəsində kiçik elmi işçi işləmişdir. 1992-1996-cı illərdə “Araz” Elm İstehsalat Birliyinin Bitki Mühafizəsi şöbəsinin müdiri,
1996-2002-ci illərdə birliyin elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.
2002-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və Karantini şöbəsində aparıcı müfəttiş vəzifəsində fəaliyyətə başlamışdır. 2005-2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Bitki mühafizəsi və pestisidlər sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. 2006-2012-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 30 mart 2012-ci il tarixdən 24 noyabr 2014-cü il tarixə qədər Xidmətin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi vəzifəsində çalışmışdır.
1996-2009-cı illərdə “Azərbaycanda taxıl bitkilərinin entomofaunası və başlıca zərərvericilərə qarşı mübarizənin bioloji əsasları” mövzusunda doktorluq dissertasiyası işi yerinə yetirmişdir. 50-dən artıq elmi əsər, məqalə və 1 kitab müəllifidir.
2011-2013- cü illərdə Azərbaycan Respublikasını “Avropa və Aralıq dənizi ölkələrinin Bitki Mühafizəsi və Karantini təşkilatı”nın İcraiyyə Komitəsində təmsil etmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin 24 noyabr 2014-cü il tarixli 475 k nömrəli əmrinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezideninin 29 oktyabr 2015-ci il tarixli 1481 saylı Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə “ Əməkdar kənd təsərrüfatı işçisi ” fəxri adı verilib.
Ailəlidir, iki övladı var.



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45