• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

25 May 2018
Dont risk

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Beynəlxalq təşkilatların, o cümlədən Türkiyə İqtisadi Əməkdaşlıq Agentliyinin (TİKA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) katibliyinin, Biki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyasının plenar iclaslarında Dövlət Xidməti -nin əməkdaşları təmsil olunmuşÐ»Ð°Ñ€. Azərbaycan Respublikasının “Fitosanitar nəzarəti haqqında” Qanununun, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Sanitar və Fitosanitar Tədbirlərin tətbiqi üzrə Sazişinin (SFS) tələblərinə, Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması prosesi davam etdirilir.


Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində    fitosanitariya sahəsində Tvinninq layihələrində Dövlət Xidməti iştirak edir.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən “Uyğunsuzluq Barədə Notifikasiya (Bildiriş) və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi haqqında təlimat”, “Beynəlxalq ticarətdə oduncaq qablaşdırma materiallarının tənzimlənməsi haqqında təlimat” və “Fitosanitar təhlükə törədə bilən bitkiçilik məhsulları, digər karantin nəzarətində olan materiallar və ya zərərli orqanizmlər haqqında Azərbaycan Respublikasının Notifikasiyası (bildiriş)»  hazırlanmış və Dövlət Xidməti tərəfindən təsdiq edilmişdir.

2006-cı ildə Bakıda Bitki  Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatı tərəfindən Şərqi Avropa və rus dilli ölkələr üçün 13-cü konfrans-seminar keçirilmişdir.
2008-ci ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İran İslam Respublikasının Kənd Təsərrüfatı Cihadi Nazirliyi arasında əməkdaşlığa dair Protokol imzalanmışdır. Protokolda bitki mühafizəsi və karantini sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
2008-ci ildə Bakı şəhərində Orta Asiya, Azərbaycan və Türkiyə Respublikalarının nümayəndələrinin iştirakı ilə «Köhnəlmiş pestisidlərin ehtiyatı və idarə olunması» problemi üzrə regional seminar keçirilmişdir.
2011-ci ildə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının, Bitki karantini üzrə MDB ölkələrinin Koordinasiya Şurasının növbəti Konfranslarının Bakı şəhərində keçirilmişdir.
2014-cü ilin 28-30 aprel tarixlərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) tərəfindən Bakı şəhərində elektron sertifikatlaşmaya dair beynəlxalq seminar keçirilmişdir.
2011-ci ilin  7-9 sentyabr tarixlərində Qəbələ şəhərində Xı Pestisid forumu keçirilmişdir.

 

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45